Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bu gün heç kim vaksinasiya olunmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 milyon 932 min 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 402 min 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 876 min 910, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 milyon 397 min 820, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 min 233 nəfər təşkil edir.
Martın 25-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb
Ürək sağlamlığının qızıl qaydası - zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma, fiziki fəallıq