Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
Yardımlı, 30 yanvar, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı sakini D.Kazımov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq satdığı müəyyən edilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Qazaxda 36 yaşlı piyadanı yük maşını vuraraq öldürüb
Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub
Azərbaycan tarixinin önəmli bir dövrü Ulu Öndərin adı ilə bağlıdır
Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib