Bərdədə Gənclər Günü münasibətilə tədbir - Heydər Əliyev və Azərbaycan gəncliyi
Bərdə, 30 yanvar, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli və Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsinin ölkəmizdə prioritet sahələrdən olduğu, dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin daim bu məsələni öz diqqətində saxladığı bildirilib, dahi rəhbərin bununla bağlı imzaladığı fərman və sərəncamlardan, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən bəhs olunub.
Sonra “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı film nümayiş etdirilib.
Qazaxda 36 yaşlı piyadanı yük maşını vuraraq öldürüb
Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub
Azərbaycan tarixinin önəmli bir dövrü Ulu Öndərin adı ilə bağlıdır
Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib