×
A
A
A
Sazlamalar

Tərtərdə kənd təsərrüfatı məhsullarının istehsalı 2,3 faiz artıb

Tərtər, 30 yanvar, AZƏRTAC

2022-ci ildə Tərtər rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 98 milyon 580 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının 59 milyon 403,2 min manatı və ya 60,3 faizi bitkiçiliyin, 39 milyon 176,8 min manatı və ya 39,7 faizi heyvandarlığın payına düşür. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz artıb.

Kənd təsərrüfatı 2023-01-30 17:40:00