×
A
A
A
Sazlamalar

Qazaxıstanın Rusiyadakı səfirliyi Orxan Əsgərovun qətli ilə bağlı başsağlığı verib

Moskva, 30 yanvar, AZƏRTAC

Qazaxıstanın Rusiyadakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.
AZƏRTAC xəbər verir Ki, Qazaxıstanın Rusiyadakı səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyib.
Sənəddə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və əxlaqa ziddir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-01-30 16:37:00