×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda ikimərtəbəli yaşayış evində yanğın olub

Bakı, 30 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin birinci mərtəbəsində yanğın baş verməsi müəyyənləşdirilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ümumi sahəsi 180 kvadratmetr olan evin birinci mərtəbəsində iki otaq və ev əşyaları 32 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Hadisə 2023-01-30 14:47:00