TƏBİB: COVID-19-a yoluxma minimal həddədir
Bakı, 30 yanvar, AZƏRTAC
Hazırda Azərbaycanda koronavirusa yoluxma halları minimal həddədir.
Bunu AZƏRTAC-a müsahibəsində TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O bildirib ki, 2022-ci ilin son həftələrində yoluxma hallarında 50 faiz azalma müşahidə edilib: “2021-ci ildə gündəlik ortalama yoluxma 1.091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub. 2022-ci il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7 faiz, son iki ay üzrə ortalama isə 2.2 faiz təşkil edib. Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7 faiz , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7 faiz olub. Qeyd edilmiş statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir”.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
Görmə qabiliyyəti məhdud olan şəxslər tibb müəssisələrində işlə təmin olunub
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır