Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb
Bakı, 30 yanvar, AZƏRTAC
Dünən saat 16 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Naziliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qəza nəticəsində sərnişinlər Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib