×
A
A
A
Sazlamalar

Xələf Xələfov: Şəhidimiz Orxan Əsgərov və digər əməkdaşlar terror aktının daha ağır nəticələr verməsinin qarşısını aldılar VİDEO

Bakı, 29 yanvar, AZƏRTAC

Çox təəssüf ki, biz qonşu ölkədən şəhid aldıq. Əlbəttə, Vətən sağ olsun! Şəhidimiz Orxan Əsgərov və digər əməkdaşlar terror aktının daha ağır nəticələr verməsinin qarşısını aldılar.
AZƏRTAC xəbər verir ki, bunu Tehranda səfirliyimizə qarşı törədilən terror aktı ilə əlaqədar jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
“Yaralananların hər biri 4-5 saat əməliyyat olunublar. Onlar qəhrəmanlıq göstərdilər, Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda öz canlarından keçdilər, xəsarət aldılar”, - deyə o əlavə edib.

Siyasət 2023-01-29 23:26:00

Video