“Azərişıq” ASC-nin sədri İsmayıllıda vətəndaşlarla görüşəcək
Bakı, 29 yanvar, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da saat 10:00-da İsmayıllı rayonunda İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul İsmayıllı rayonu, Nizami Gəncəvi küçəsində yerləşən “Azərişığ”ın İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər İsmayıllı Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Şirvanda əmək yarmarkası təşkil olunub
Ağstafada 14 yaşlı oğlan qətlə yetirilib
Ağdamda qadınlar ailə büdcəsinin idarə edilməsi mövzusunda maarifləndirilib
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”