×
A
A
A
Sazlamalar

Türkmənistan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə yanvarın 27-də diplomatik missiyanın əməkdaşları arasında ölən və yaralananların olması ilə nəticələnən silahlı hücumu pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Türkmənistan diplomatik nümayəndəliklərə hücumun və diplomatik qurumların əməkdaşlarına qarşı hansısa zorakılığın tətbiq olunmasının yolverilməz olduğunu bəyan edir.
“Həlak olan şəxsin doğma və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.

Siyasət 2023-01-29 14:29:00