Görkəmli türkoloq alim ölkəmizin İrandakı səfirliyinə hücumu şiddətlə qınayıb
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasun ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumu şiddətlə qınayan professor Əhməd Bican Ərcilasun bu basqını dəhşətli terror hadisəsi adlandırıb, xalqımızla həmrəy olduğunu ifadə edib.
Görüşdə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.
“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans
İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib
Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib