Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kvettadan Kəraçiyə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.
İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.
İtaliya Serbiya və Balkan regionunda mövcudluğunu gücləndirmək istəyir
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb
Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib