×
A
A
A
Sazlamalar

İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır

Bakı, 29 yanvar, AZƏRTAC

Yeni terror aktları dalğası fonunda İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Tədbirlər haqqında qərar Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə iclasında qəbul edilib.
Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək.
“Nazirlər Kabineti yanvarın 28-də terrorizmlə mübarizə üzrə bir sıra tədbirlər, terrorçuların və onları dəstəkləyənlərə qarşı mübarizə haqqında qərar qəbul edib", - İsrail Baş nazirinin bəyanatında deyilir.
Beləliklə, qanuna tabe olan israillilər üçün silah gəzdirmək üçün icazələrin alınması proseduru sadələşdiriləcək.
Bundan əlavə, ordu və polis bölmələrinin gücləndirilməsi, saxlanılma praktikasının və qanunsuz saxlanılan silahların ələ keçirilməsi üçün məqsədyönlü əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.
Siyahıdan daha üç tədbir terrorçulara və onlara rəğbət bəsləyənlərə şamil edilir. Məsələn, terrorçuluq fəaliyyətini dəstəkləyən şəxslərin və onların ailələrinin sığorta hüququ və müavinətləri ləğv edilir.

Dünya 2023-01-29 11:19:00