×
A
A
A
Sazlamalar

Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib

Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il Kolumbiyada polis tərəfindən əvvəlki illərlə müqayisədə daha çox kokain ələ keçirilib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, 2022-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən 671 ton narkotik maddə müsadirə edilib. Bu da 2021-ci illə müqayisədə təxminən 1,7 ton çoxdur. 2020-ci və 2019-cu illərdə polis və kəşfiyyat orqanları müvafiq olaraq 505 və 428 ton kokain ələ keçirib.
Məlumatlar göstərib ki, ötən il ən çox narkotiklərlə bağlı saxlanılanlar Narino, Bolivar və Valle del Kauka əyalətlərində qeydə alınıb.
Kokain istehsalı və qaçaqmalçılığı Kolumbiyada 450 mindən çox insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olan və 60 ilə yaxındır davam edən silahlı münaqişənin əsas hərəkətverici qüvvəsi hesab olunur.

Dünya 2023-01-29 09:37:00