×
A
A
A
Sazlamalar

“Yuğ” Teatrı fevral repertuarını açıqlayıb

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı fevral ayı üçün maraqlı repertuar tərtib edib.
AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi fevralın 4-də “Toy dəstgahı”, 5-də “Quş dili”, 11-də isə “Lənət” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Bundan başqa, fevralın 12-də “Kloun Bizzz”, 18-də “Şəbədə”, 19-da “Mənəm mən”, 25-də isə “Vəsvəsə” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.

Mədəniyyət 2023-01-29 08:14:00