×
A
A
A
Sazlamalar

Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb

Bakı, 29 yanvar, AZƏRTAC

Cüdoçumuz Elcan Haciyev Portuqaliyada Qran-Pri turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, yanvarın 27-dən 29-dək Portuqaliyanın Almada şəhərində keçirilən turnirin ikinci günündə - 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb və yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İdman 2023-01-29 00:39:00