×
A
A
A
Sazlamalar

FHN: Gəncədə zəlzələ olması ilə bağlı bəzi KİV-də yayılmış xəbərlər həqiqətə uyğun deyil

Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, yanvarın 28-də saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10 km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.
“İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.
Həmçinin bəzi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil”, - deyə FHN-nin məlumatda qeyd olunur.

Cəmiyyət 2023-01-29 00:01:00