Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı
Masallı, 28 yanvar, İlkin Adıyev, AZƏRTAC
Masallıda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil edilən “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın keçirilməsində məqsəd idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclərin arasında fiziki aktivliyi artırmaqdır.
Qeyd edək ki, festivalda cüdo, taekvondo, boks, güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər. Həmçinin idmançılar və şəhər sakinləri yeni istifadəyə verilmiş idman qurğularından istifadə ediblər.
Şirvanda əmək yarmarkası təşkil olunub
Ağstafada 14 yaşlı oğlan qətlə yetirilib
Ağdamda qadınlar ailə büdcəsinin idarə edilməsi mövzusunda maarifləndirilib
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”