ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası olub. İclasda rektor Mustafa Babanlı universitetdə aparılacaq struktur dəyişikliklərdən danışıb, rəqəmsal ADNSU layihəsi, 2023-cü il üçün təhsil müəssisəsinin fəaliyyət planı, həmçinin “Layihə menecmenti” ofisinin yaradılması, ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, xarici dil və ixtisas üzrə əlavə sertifikat imkanları barədə məlumat verib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunan yeniliklər və dəyişikliklər şura üzvləri tərəfindən qəbul olunub.
Sonra Start-UP və İnnovasiya Mərkəzinin fəaliyyəti, “AZİİ Data analitika” mərkəzinin yaradılması barədə məlumat verilib.
Dəqiq elmlər üzrə Azərbaycan alimlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb
Sofiyada Novruz bayramı və Beynəlxalq Poeziya Günü qeyd edilib