×
A
A
A
Sazlamalar

Naxçıvanda mal əti adı altında at əti satanlar saxlanılıb

Bakı, 28 yanvar, AZƏRTAC
Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilib və qida üçün yararsız məhsullar satışdan çıxarılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Cəmiyyət 2023-01-28 17:40:00