×
A
A
A
Sazlamalar

Pambıq lifi və ipliyinin ixracında azalma olub

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən il 77,6 min ton pambıq lifi, 8623 ton pambıq ipliyi ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 175,5 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 33,1 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ildə dəyəri 210,9 milyon dollar olmaqla 127 min ton pambıq lifi, məbləği 58,1 milyon dollar olmaqla 18,4 min ton pambıq ipliyi ixrac edilib.

 

İqtisadiyyat 2023-01-28 15:04:00