×
A
A
A
Sazlamalar

Xırdalanın bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar yanvarın 28-də gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

 

 

İqtisadiyyat 2023-01-28 14:33:00