×
A
A
A
Sazlamalar

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 3, Viləşçayın Şıxlar məntəqəsində 2, Təngərüdçayın Vaqo məntəqəsində 1 santimetr azalıb, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr artıb. Şəmkirçayın Qalakənd, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 140 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 89 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 10 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 23,2 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 35 faizini təşkil edir. Hazırda sululuq keçən illə müqayisədə 14 faiz azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 114 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 20 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 33 faiz çoxdur.
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 161 santimetr olub. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalaraq 104 santimetr təşkil edib.

 

Ekologiya 2023-01-28 12:40:00