×
A
A
A
Sazlamalar

Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı 21,9 faiz artıb

Ağdam, 28 yanvar, AZƏRTAC

Ağdam rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında ötən il uğurlu nəticələr əldə edilib.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ildə 172 milyon 975,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 21,9 faiz çoxdur. Məhsul istehsalının 105 milyon 5,9 min manatı bitkiçilik, 67 milyon 969,5 min manatı heyvandarlıq sahəsindən əldə olunub. 2021-ci ilə nisbətən bitkiçilik məhsullarının istehsalı 24,2 faiz, heyvandarlıq məhsulları istehsalı 18,4 faiz artıb.

Kənd təsərrüfatı 2023-01-28 12:14:00