Yanvarın ikinci ongünlüyündə minimum temperatur Gədəbəydə qeydə alınıb
Bakı, 28 yanvar, AZƏRTAC
Respublikanın əksər bölgələrində yanvar ayının ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2º aşağı, bəzi yerlərdə normaya yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 4,7º, Qarabağ bölgəsi 2º, Gəncə-Goranboyda 1-2º, Lənkəran-Astarada –(0,4)- 2º Mil-Muğan və Mərkəzi Aranda 2-3º, Şəki-Zaqatalada (-0,2)-1º, Qazax-Tovuzda (-2,5)-0,3º, Qubada -0,7º , Dağlıq Şirvan bölgəsində (-1)-(-2)º olub.
Havanın minimum temperaturu Gədəbəydə -12º, Qubada -10º, Naxçıvan və Şamaxıda -8º, İsmayıllıda -7º, Qəbələ və Cəfərxanda -5º, Lənkəran, Şəki, Zaqatala Tovuz və Ceyrançöldə -4º, Zərdab, Bərdə və Gəncədə -3º, Göyçay və Maştağada -1º qeydə alınıb.
Dünən meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib
Martın 29-da atmosfer havasının keyfiyyəti necə olub?
Avropa İttifaqında mühüm ekoloji qanun ratifikasiya edilib
İşlənmiş batareyaların toplanması məntəqələrinin sayı artırılır
Tovuz, Göygöl və Qəbələdə ümumilikdə 5 mindən çox ağac əkilib