×
A
A
A
Sazlamalar

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakı, 27 yanvar, AZƏRTAC

Dekabrda manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 23,8 faiz artaraq 29 milyard 565,6 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 698,7 milyon manat artaraq 1 milyard 761,9 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesabları və qeyri-rezident bankların "loro" müxbir hesabları və depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

 

Maliyyə 2023-01-27 17:41:00