×
A
A
A
Sazlamalar

Son iki ildə zərgərlik bazarı üzrə dövriyyə 378 faiz artıb

Bakı, 27 yanvar, AZƏRTAC

Zərgərlik sənayesində kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri və təşviq mexanizmlərinin tətbiqi müsbət nəticələrə yol açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, 2022-ci ildə qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 2021-ci illə müqayisədə 42 faiz artaraq 152 milyon 835 min manat olub. Son iki ildə zərgərlik bazarı üzrə dövriyyə 378 faiz artıb.

İqtisadiyyat 2023-01-27 17:39:00