Paytaxtın Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri aparılıb VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində təmir işləri aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşların çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat vasitələrinin və piyadaların çox hərəkət etdiyi küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, yeni asfalt-beton örtüyün salınması işləri icra olunub.
Bundan öncə təmir işləri Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində də aparılıb.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub