Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb
Bakı, 27 yanvar, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 541 nəfər müalicə olunaraq sağalıb, 10 min 80 nəfər vəfat edib. Aktiv xəstə sayı 226 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 413, bu günə qədər isə ümumilikdə 7 milyon 481 min 325 test icra olunub.
“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Martın 31-də Azərbaycanda COVID-19 əleyhinə 467 doza vaksin vurulub
Martın 31-də Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb