×
A
A
A
Sazlamalar

® ABB-dən ətraf mühit və yaşıl artıma dəstək

Vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalan ABB ölkəmizin gələcəyinə töhfə vermək üçün sosial proqramlarını davam etdirir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Visa” beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında ödəniş kartları sahəsində yeniliyə imza atıb. ABB-nin “TamEco” kartı müştərilərə təqdim edilib.

Müştərilər ABB-dən “TamEco” kartı sifariş verdikdə hər karta görə bir ağac əkiləcək. Beləliklə, ABB-dən bir “TamEco” kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. Kampaniya çərçivəsində onlayn sifariş zamanı kart pulsuzdur. İanəni müştərinin adından Bank öz hesabına ödəyəcək. Kart dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, “Visa”nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Yanvarın 26-da “Zirə EKO park”da kartın təqdimatı olub.
ABB, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Visa” nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, “TamEco” kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl gələcək” layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib: “Yaşıl gələcək” layihəsinin bu gün geniş ictimaiyyətə çatdırılması ekoloji maariflənmə işinə bir töhfədir. Layihə vasitəsilə hər kəs ölkəmizin yaşıllaşdırılmasında iştirak edib, dəstək göstərə biləcək”.
ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib ki, “TamEco” məhsulu ilə ABB sektorda daha bir maraqlı nümunə yaradır: “TamEco” kartı ABB-nin sosial məsuliyyətinə əsaslanır. ABB olaraq biz müxtəlif innovativ həllərimizlə təmassız ödəniş imkanlarını genişləndiririk. Bank əməliyyatlarını kartlardan istifadə etmədən mobil cihazlarla aparan müştərilərimizin sayı sürətlə artır. Bununla belə, gözləntilərə görə, yaxın illər ərzində bütün dünyada plastik ödəniş kartlarından istifadə vərdişləri də müəyyən səviyyədə hələ qalacaq. “TamEco” kartının məqsədi, bank kartlarından istifadəni ətraf mühit üçün daha faydalı etməkdir. Bu kartın təqdim olunmasında ABB-nin biznes maraqları ilə yanaşı, sosial maraqları da böyükdür”.
“Visa”nın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, regional menecer Kristina Doroş diqqətə çatdırıb ki, “Visa bütün dünyada bu istiqamətdə layihələri dəstəkləyərək davamlı inkişafa böyük diqqət yetirir. “TamEco” kartının Azərbaycanda təqdim olunmasından məmnunuq. Bu, təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropada, Yaxın Şərq və Afrika regionunda təqdim olunmuş ilk eko kartdır. “TamEco” kart məhsulunun unikallığı ondan ibarətdir ki, o, dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Belə plastik materialı bir neçə dəfə təkrar emal etmək olur. Bu, ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməklə təbiəti təmizləməyə imkan verir. ABB ilə tərəfdaşlıq əsasında Azərbaycanda belə bir layihə reallaşdırmaqdan qürur duyuruq”.
“TamEco” kartı debet hesab qalığına illik 7 faiz gəlir gətirir. Müştərilərə 20 faizədək keşbək qazandırır. Onunla “Kartdan-karta” və nağdlaşdırma xidmətlərindən istifadə pulsuzdur. Kombo məhsul olaraq kart kredit limitini də istənilən vaxt aktivləşdirmək imkanı verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Maliyyə 2023-01-27 12:02:00