×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda axtarışda olan şəxs saxlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3 min manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-01-27 11:03:00