×
A
A
A
Sazlamalar

“Atletiko” azarkeşlərinin hərəkətlərini pislədi

Bakı, 26 yanvar, AZƏRTAC

İspaniyanın “Atletiko” klubu İspaniya Kral kuboku uğrunda “Real Madrid”lə baş tutacaq dörddəbir final matçından öncə azarkeşlərin etdiyi hərəkətə görə onları tənqid edib.
AZƏRTAC “Sky Sports”a istinadən xəbər verir ki, “Atletiko” klubunun azarkeşləri matçdan öncə “Madrid “Real Madrid”ə nifrət edir” yazılı pankartlar açıblar.
Bununla yanaşı tərəfdarlar “Real”ın braziliyalı oyunçusu Vinisius Juniora qarşı təhqiramiz və irqçilik əks etdirən şüarlar səsləndiriblər.
“Atletiko” klubu azarkeşlərinin bu hərəkətini tənqid edib və oyundan əvvəl bəyanat yayıb: “2 klub arasında olan rəqabət möhtəşəmdir, hörmətə layiqdir. Oyunçuların irqinə görə yanaşmaqdan, onların ləyaqətini ləkələməkdən hər kəs çəkinməlidir. Biz bu cür hərəkətləri pisləyirik. Bu addımı atan şəxsən adını bilməsək də, bu hal onu cinayət məsuliyyətindən azad etməyəcək”.
La Liqa da azarkeşlərin bu hərəkəti ilə bağlı bəyanat yayıb.
Qeyd edək ki, İspaniya Kral kubokunun dörddəbir final mərhələsi çərçivəsində keçiriləcək “Atletiko” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

 

 

 

 

İdman 2023-01-26 23:59:00