×
A
A
A
Sazlamalar

“Sabah” klubu “Neftçi”yə iki cavabsız qolla qalib gəlib

Bakı, 26 yanvar, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəliblər.
Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Coy Lens Mikels və Aleksey Kaşuk fərqləniblər. Bu qələbədən sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qərarlaşıb.
Turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”u (3:2), “Zirə” “Sumqayıt”ı (3:1), “Şamaxı” “Səbail”i (2:1) məğlub edib, “Kəpəz” - “Qəbələ” matçı heç-heçə yekunlaşıb - 2:2.

İdman 2023-01-26 23:12:00