×
A
A
A
Sazlamalar

® “Rabitəbank”la Türkiyəyə pul göndərmək indi daha sərfəlidir

Hər zaman müştərilərinin rahatlığı üçün çalışan “Rabitəbank” Türkiyənin qabaqcıl banklarından olan “Akbank” ilə tərəfdaşlığını genişləndirərək yeni endirim kampaniyası tətbiq edir.

Kampaniya çərçivəsində müştərilər Türkiyəyə pul köçürmələri zamanı alıcının bankı “Akbank” olduğu halda güzəştli tarif imkanı əldə edirlər. Belə ki, endirim kampaniyası martın 31-dək qüvvədə olacaq. Kampaniyanın şərtlərinə əsasən müştərilər köçürmə zamanı minimal məbləğ 20 dollar, maksimal məbləğ 200 dollar təşkil etdiyi halda cəmi 0,2 faiz xidmət haqqı ödəyəcəklər. Müştərinin mövcud güzəştli tarifi varsa və bu kampaniya şərtlərindən daha endirimlidirsə, müştərinin faktiki güzəşti qüvvədə qalacaq.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Maliyyə 2023-01-26 12:05:00