×
A
A
A
Sazlamalar

Ölkəmizin də təmsil olunduğu Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.
Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.

Mədəniyyət 2023-01-26 22:09:00