Rusiyanın Ukraynaya raket hücumları nəticəsində azı 11 nəfər həlak olub
Kiyev, 26 yanvar, AZƏRTAC
Rusiyanın yanvarın 26-da Ukraynaya qarşı həyata keçirdiyi kamikadze dronu və raket hücumları nəticəsində azı 11 nəfər ölüb, eyni sayda insan isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin nümayəndəsi Oleksandr Xorunji telemarafonda məlumat yayıb.
“Bu gün Rusiyanın həm kamikadze dronları, həm də raketləri ilə həyata keçirdiyi terror hücumları nəticəsində 11 bölgədə itkilər olub. Ümumilikdə 2 yanğın baş verib, 35 binaya ziyan dəyib, 11 nəfər xəsarət alıb. Təəssüf ki, 11 nəfər də həlak olub”, - deyə o bildirib.
Hazırda 100-dən çox xilasedici və 25-dən çox texnika dəyən ziyanın nəticələrinin aradan qaldırılmasına cəlb olunub.
"Biz indi 88 elektrik stansiyasını birləşdirmişik ki, ilk növbədə sosial sahə, xəstəxanalar və s. obyektləri elektrik enerjisi ilə təmin edək", - O.Xorunji əlavə edib.
O deyib ki, atəş nəticəsində ən çox Kiyev vilayətində fərdi və çoxmənzilli yaşayış binalarına ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər
Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq