×
A
A
A
Sazlamalar

Bu ay meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Bakı, 26 yanvar, AZƏRTAC

Növbəti meşəbərpa tədbirləri bu gün Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında aparılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və regional meşə təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində həmin rayonların meşə fondu torpaqlarında 6 min 660 ədəd müxtəlif növ ağac tingi əkilib.
“Bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib”, - deyə C.Qəribov qeyd edib.

Ekologiya 2023-01-26 18:53:00