Hərbi qulluqçularımız beynəlxalq təlimdə peşəkarlıq nümayiş etdirirlər
Bakı, 26 yanvar, AZƏRTAC
Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla yanaşı təlimdə iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.
Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan səmərəli istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.
Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO
Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür
Ziyafət Əsgərov: Hərbi qulluqçuların xidmətkeçmə müddətində dəyişiklik nəzərdə tutulur
Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib
Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib VİDEO