×
A
A
A
Sazlamalar

Türkiyə mediasında Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoterrora diqqət çəkilib

Bakı, 26 yanvar, AZƏRTAC

Türkiyənin https://egedenge.net xəbər portalında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazisində təbii sərvətlərin Ermənistan tərəfindən qeyri-qanuni olaraq istismar edilməsindən bəhs edən məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Manisa Jurnalistlər və Nəşriyyatçılar Dərnəyi sədrinin müavini Seyfettin Ayakyayın qələmə aldığı məqalədə Azərbaycandakı ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, şəhid ailələrinin üzvləri və qazilərin könüllülərlə birlikdə Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində təbii sərvətlərin Ermənistan tərəfindən talan edilməsinə, ekoloji terror törədilməsinə etiraz məqsədilə dekabrın əvvəllərindən başlayaraq Şuşa-Xankəndi yolunda fasiləsiz dinc aksiya keçirdikləri qeyd edilib.
Qəsbkar Ermənistanın 30 ilə yaxın işğal dövründə Azərbaycanın və bölgənin ekoloji mühitinə vurduğu misli görünməmiş zərərləri xatırladan müəllif Ermənistanın havadarlarına və beynəlxalq təşkilatlara haqlı sual ünvanlayıb: “Siz 30 il işğal altında olan Azərbaycan torpaqları üçün nə etdiniz ki, indi Laçın və Xankəndinin ekoloji və təbiət qətliamına qarşı çıxan QHT-lərin şərəfli mübarizəsinə etiraz edirsiniz?”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin guya humanitar böhran təhlükəsi yaşadığı ilə bağlı Ermənistanın iddialarını qətiyyətlə rədd etdiyi vurğulanıb.

Cəmiyyət 2023-01-26 18:12:00