Gürcüstan “Transxəzər” nəqliyyat marşrutu boyu ölkənin tranzit potensialını artırır
Tbilisi, 26 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti “Transxəzər” beynəlxalq nəqliyyat marşrutu boyu ölkənin tranzit potensialını artırmaq üçün gömrük-keçid məntəqələrində infrastrukturu inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili məlumat verib.
O deyib ki, Avrasiyanı birləşdirən Orta Dəhlizin rolu getdikcə artır. Buna görə də Gürcüstan gömrüyündən tranzit axını xeyli artıb. 2023-cü ildə Gürcüstan-Azərbaycan sərhədində, Laqodexi gömrük-keçid məntəqəsində yeni infrastruktur açılacaq. Digər keçid məntəqələrinin də yenilənməsi həyata keçirilir.
Bundan başqa, böyük hissəsi 2024-cü ilə qədər başa çatdırılacaq irimiqyaslı yol tikintisi layihələrinə start verilib. Yəni dəmir yolu, dəniz limanı və aviasiya infrastrukturu yenilənir.
Qeyd edək ki, “Transxəzər” nəqliyyat marşrutu və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb
Böyük Britaniya və Rumıniya strateji tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər