×
A
A
A
Sazlamalar

Avstriya Prezidentinin andiçmə mərasimi keçirilib

Vyana, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da vəzifəsinə yenidən seçilən Avstriya Prezidenti Aleksander Van der Bellenin ikinci müddət üçün andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Federal Məclisdə keçirilən mərasimdə 79 yaşlı dövlət başçısı növbəti dövr üçün prioritetlərindən bəhs edib. O bildirib ki, pandemiya, müharibə və böhranların silkələdiyi hazırkı dövrdə nikbinlik, həmrəylik və ictimaiyyət daxilindəki qorxuya qarşı mübarizə ön planda durmalıdır.
Mərasimdə ölkənin siyasi partiyalarının, ictimai-siyasi, iqtisadi və elmi dairələrin, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Qeyd edilməlidir ki, 2016-cı ildə ilk müddətə prezident seçilən A. Van der Bellen ötən ilin oktyabr ayında 6 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk mərhələsində 56,7 faiz səslə qələbə qazanmışdı. Altı il müddətinə yenidən seçilən və əsasən təmsilçilik səlahiyyətləri daşıyan dövlət başçısı 2028-ci ilin sonunadək vəzifədə olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Dünya 2023-01-26 17:02:00