Azərbaycandakı infrastruktur layihələri ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
® "Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb