×
A
A
A
Sazlamalar

Milli Məclisdə Hacıqabul gölünün mövcud vəziyyəti müzakirə ediləcək

Bakı, 26 yanvar, AZƏRTAC

Milli Məclisdə Hacıqabul gölünün mövcud vəziyyəti və görüləcək işlərlə bağlı görüş təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Sadiq Qurbanov məlumat verib.
Komitə sədri bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müzakirələr aparılacaq. Hacıqabul gölü quruyub, artıq onun torpaqlarından başqa məqsədlər üçün istifadə edilir. Bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılıb, işçi qrup yaradılacaq, arayış hazırlanacaq.

Cəmiyyət 2023-01-26 16:55:00