×
A
A
A
Sazlamalar

Özbəkistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb

Bakı, 26 yanvar, AZƏRTAC

Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, marifat.uz, human.uz saytlarında 20 Yanvar faciəsinin 33-cü ildönümünə ilə əlaqədar silsilə məqalələr yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yayımlanan məqalələrdə Azərbaycan xalqının azadlıq, istiqlaliyyətə gedən yolda şanlı səhifəsi kimi qəbul olunan 20 Yanvarın həm faciəli, ağır bir gün kimi, həm də şanlı, qürurlu bir hadisə kimi anıldığı qeyd olunur.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə sovet ordusunun ermənilərin qədim Azərbaycan torpaqlarına ərazi iddialarına etiraz olaraq Bakı şəhərinin küçələrinə çıxan dinc azərbaycanlılara qarşı hərbi güc tətbiq etməsi, qoşunların Bakıya daxil olması nəticəsində günahsız dinc əhalinin amansızcasına qətlə yetirilməsi və etirazların silah gücünə yatırılmasının qəbulolunmazlığı bir daha diqqətə çatdırılır və bu hadisələrin Azərbaycan xalqının birləşməsinə, öz azadlığı üçün daha səylə, əzmlə mübarizə aparmasına səbəb olduğu bildirilir.
Məqalələrdə 20 Yanvar tarixinin azadlıq, müstəqillik və Azərbaycan xalqının birlik rəmzi olduğu qeyd olunur, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinin Azərbaycanda daim əziz tutulduğu vurğulanır.

20 yanvar 2023-01-26 16:29:00