×
A
A
A
Sazlamalar

Qoruğun ərazisində ova cəhd edənlər cəzalandırılıblar

Bakı, 26 yanvar, AZƏRTAC

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıblar.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-01-26 15:48:00