×
A
A
A
Sazlamalar

Milli Məclisin yaz sessiyasında QHT nümayəndələri ilə görüş olacaq

Bakı, 26 yanvar, AZƏRTAC

Milli Məclisin yaz sessiyasında ekologiya sahəsində QHT nümayəndələri ilə görüş və müzakirələr keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, ekofəalların Şuşada, Laçın yolunda apardığı mübarizə Azərbaycan dövlətinin təbii ehtiyatlarının, sərvətlərinin qorumasına yönəlib, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin nəticələrini bir daha hər kəsin yadına salır. Bu aksiya həmin ərazilərdə olan bütün təbii sərvətlərin Azərbaycana məxsus olduğunu dünyaya car çəkir. QHT-lər burada öncüllük təşkil edirlər.

Cəmiyyət 2023-01-26 15:28:00