×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin yayılmasının qarşının alınması birgə mübarizə nəticəsində səmərəli ola bilər

Bakı, 26 yanvar, AZƏRTAC

Narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə yalnız müvafiq qurumların birlikdə apardığı mübarizə nəticəsində səmərəli ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev deyib.
O bildirib ki, Regional Ofisin funksiyası qurumların birgə mübarizəsini əlaqələndirməkdən və maarifləndirmə işləri aparmaqdan ibarətdir. Bununla yanaşı, Regional Ofis gömrük orqanları və sərhəd xidmətinin əməkdaşları üçün treninq və kurslar da təşkil edir. Bu kurslarda əməkdaşlara narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınmasına dair beynəlxalq təcrübə öyrədilir.

Cəmiyyət 2023-01-26 15:03:00