Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair qurumlararası müzakirələr aparılır
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə multisektoral əməkdaşlığın rolu” mövzusunda qurumlararası dəyirmi masa keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general mayoru Cavad Qasımov məruzə ilə çıxış edib.
Dəyirmi masada Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Avropa regional ofisinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər qurumların nümayəndələri, eləcə də narkoloq həkimlər iştirak edirlər.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır