×
A
A
A
Sazlamalar

Təyyar Eyvazov: Azərbaycanda epidemioloji durum qənaətbəxşdir, yeni yoluxma sayı minimaldır

Bakı, 26 yanvar, AZƏRTAC

Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji durum qənaətbəxşdir, nəzarət olunandır, yeni yoluxma hallarının sayı minimaldır və ikirəqəmli həddədir, eyni zamanda qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur.
Bunu AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O, bildirib ki, bu cür stabil vəziyyət artıq bir neçə aydır ki, davam edir və xüsusən də payız-qış mövsümündə pisləşmənin olmaması nikbinlik yaradır və tezliklə pandemiyanın sonlanacağı anlamına gəlməyə imkan verir.
T.Eyvazov onu da bildirib ki, ÜST-nin məlumatına görə artıq dünya əhalisinin təxminən 90 faizi koronavirus xəstəliyini keçirərək və ya bu infeksiyaya qarşı peyvənd olunmaqla immunitet əldə edib. İnfeksiyanın sonrakı dövrlərdə yayılması virusun mutasiyası nəticəsində yoluxma sürəti daha yüksək olan yeni alt növlərin yaranmasından asılı olacaq.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST-nin COVID-lə əlaqədar dünya səhiyyəsində Fövqəladə Hallar Komitəsinin növbəti iclası keçiriləcək. Ekspertlər qarşısında hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müəyyən etmək durur.

Səhiyyə 2023-01-26 13:46:00